![]() |
|
REKLAM ÜÇÜN YER Əlaqə ünvanı: admin@komputerle.biz |
||||||||
|
||||||||||
|
|
İnformasiya Texnologiyaları sahəsində biliklərə yiyələnmək və yeniliklərdən xəbərdar olmaq üçün mənim pulsuz elektron jurnalıma abunə ola bilərsiniz. Bununla siz mütəmadi olaraq öz e-mail ünvanınıza yeni məktublar qəbul etmiş olacaqsınız, bu məktublar vasitəsilə maraqlı dərslər və kiçik proqramlar əldə edəcəksiniz.
Elektron jurnalımın birinci buraxılışını Sizə təqdim edirəm Elektron jurnal № 1 Lazımlı proqramlar Salam, hörmətli abunəçilər. Nəhayət gözlədiyiniz Elektron jurnal istifadəyə hazırdır və ilk buraxılışı Sizə təqdim edirəm. Bu məktubda Sizə hər bir kompüter istifadəçisinə lazım olan proqramlar haqqında qısa məlumat verəcəyəm.Adobe Acrobat və ya Acrobat Reader. Bu proqram pdf formatında olan faylları oxumaq üçündür. İnternetdə mətnlər əsasən pdf formatında olur. Bu format mətni şəkil kimi yaddaşda saxlayır, yəni mətn üzərində dəyişiklik etmək olmur. Mətni doc tipindən pdf tipinə çevirmək üçün bir neçə proqram mövcuddur, onlardan ən çox işlənəni Acrobat Reader proqramıdır ki, bunun da yeni versiyası Adobe Acrobat adlanır. Əgər kompüterinizə pdf tipində fayl köçürmüsünüzsə yuxarıda dediyim proqramlardan biri olmasa pdf faylı açılmaz. Kitabda, dəftərdə, jurnalda olan mətni pdf tipində yaddaşa vermək üçün skaner olmalıdır. Nero. Nero proqramı optik disklərlə əməliyyatlar aparmaq üçündür. Optik disklər deyəndə CD-ROM, CD-R, CD-RW, CD+RW, DVD-R, DVD+R, DVD-RW, DVD+RW, DVD-RAM, HD DVD, Blu-Ray, AHD, HVD, AO-DVD, DMD, FMD-ROM nəzərdə tutulur. Bu proqram vasitəsilə diskləri kopyalamaq, kompüterdən disklərə məlumatı yazmaq, audio və video disklər yaratmaq, audio və video faylları doğramaq, montaj etmək, audio və video faylları oxutdurmaq, peşəkar video yaratmaq, məlumatların ehtiyat nüsxəsini yaratmaq və s. işlər görmək olur. Nero proqramının 6, 7, 8, 9 versiyaları istifadə olunur. Sonuncu 9 versiyasının imkanları daha çoxdur. WinRAR. Kompüterdə məlumatları arxivləşdirmək və arxivlərlə əməliyyat aparmaq üçün müxtəlif proqramlar mövcuddur. WinRAR arxivləşdirmə proqramlarından biridir. Bu proqram böyük məlumatları sıxıb həcmini azaltmaq, internetdən itkisiz ötürmək, götürdüyümüz arxivləri açmaq və s. işləri görmək üçün analoq proqramlar içində ən yaxşısı və ən çox istifadə olunandır. Belə proqramlar çoxlu faylları bir arxiv formatına çevirib yaddaş qurğusuna yazmaq və ya internet vasitəsilə köçürmək imkanı verir. Kompüterdə arxiv proqramı olmasa arxiv faylını açmaq mümkün olmaz. WinRAR proqramının aşağıdakı imkanları var:
Elektron aləmdə bu arxiv formatları rast gəlinir – RAR, ZIP, GZİP, 7Z, ACE, ARJ, BZ2, CAB, GZ, ISO, JAR, LZH, TAR, UUE, Z. Flash Player. SWF genişlənməsi ilə olan faylları oxutdurmaq üçün lazım olan proqramdır. İnternetdən götürülmüş animasiyalar əsasən SWF tipində olur. Adobe Flash Player - Internet Explorer, Opera, Firefox və digər brauzerlər üçün komponentdir. Bu proqram təminatı flash animasiyanı (SWF faylını), oyunları, bəzi təqdimatları və reklamları oxutdurmaq, göstərmək üçün yaradılıb. Tərcümə proqramları. Xarici dildən Azərbaycan dilinə və əksinə tərcümə etmək imkanı olan 2 proqram var – Dilmanc və Polyglot. Dilmanc proqramında Azərbaycan, İngilis və Türk dilləri arasında tərcümə imkanları var. Bu proqram vasitəsilə mətni tərcümə etmək olur, lakin robot tərcüməsi, yəni mənasız tərcümə alınır. Dilmanc proqramında İngilis dilindən tərcüməni səsləndirmək imkanı da var. Polyglot çoxdilli tərcümə proqramıdır - Azərbaycan, İngilis, Alman, Fransız, Rus dilləri arasında ətraflı lüğət tərcüməsi edir. İnternet üçün proqramlaq. Opera, Mozilla Firefox, Google Chrome. Bu proqramlar internet saytlarını seyr etmək üçündür, Internet Explorer proqramının “qohumlarıdırlar”. Bunlardan hər birinin özünəməxsus özəllikləri var. Download Master. Download Master internetdən yükləmə əməliyyatları aparmaq və idarə etmək üçün lazım olan proqramdır. Bu proqramın aşağıdakı imkanları var: MSN, Skype, ICQ, GİP, MAgent. Bu proqramlar ünsiyyət (çat) proqramlarıdır. Sistem proqramları. Ccleaner. Ccleaner proqramı sistemdə və reestrdə olan lazımsız faylları təmizləyir. RegCure. RegCure proqramı reestrin və sistemin səhvlərini düzəldir.
|
Məqalələrin sayı: 18 |
||||||||
|
||||||||||
| Kompüterlə.biz - 2009 © Bütün hüquqlar qorunur | ||||||||||